Dünya

“G7” HƏMAS-ın İsrailə hücumlarını terror adlandırır

13 Oktyabr 2023 00:08
Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"G7" ölkələri HƏMAS-ın İsrailə qarşı terror hücumlarını kəskin şəkildə pisləyir və İsrail xalqına dəstəklərini bildirirlər.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu bu il G7-yə sədrlik edən Yaponiyanın maliyyə naziri Syuniti Sudzuki Marakeşdə keçirdiyi mətbuat brifinqində deyib.

"Biz birmənalı olaraq HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyir və İsrail xalqına dəstəyimizi bildiririk"-deyə, o bildirib.

Yaponiya Bankının (Mərkəzi Bank - Qeyd) rəhbəri Kazuo Ueda Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin dünya iqtisadiyyatının vəziyyəti, gələcək inkişafı və maliyyə şərtləri ilə bağlı proqnozlarda onsuz da yüksək dərəcədə qeyri-müəyyənliyi gücləndirəcəyi qənaətində olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.