Dünya

NATO-nun 10 ölkəsi müdafiə sistemini genişləndirir

12 Oktyabr 2023 07:12
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO-nun 10 dövləti alyansın inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini genişləndirir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə alyansın məlumatında bildirilib.

"NATO-nun 10 ölkəsinin müdafiə nazirləri Almaniyanın rəhbərlik etdiyi "Avropa Səma Qalxanı" təşəbbüsünü inkişaf etdirmək üçün anlaşma memorandumu imzalayıblar. Bu təşəbbüs hava hücumundan müdafiə sistemləri və raketlərin birgə alınması yolu ilə Avropanın hava və raket hücumundan müdafiəsini gücləndirmək məqsədi daşıyır", - məlumatda vurğulanıb.

Sənədə əsasən Almaniya "Avropa Səma Qalxanı" layihəsində aparıcı rol oynayır. Belçika, Macarıstan, Danimarka, Latviya, Litva, Niderland, Sloveniya, Çexiya və Estoniya da bu layihədə iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.