Dünya

Çində strateji mineral yataqları tapılıb

10 Oktyabr 2023 09:05
Baxış: 562
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin alimləri ölkədə kifayət qədər strateji mineral kimi tanınan niobiumun yataqlarını kəşf ediblər.

Bu element müxtəlif sənaye sahələrində, o cümlədən avtomobil sənayesində və nüvə enerjisi sahəsində fəal şəkildə istifadə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli mineral niobium-baotou adlandırılıb. Belə ki, o Baotou şəhərindəki yataqda tapılıb.

Kəşfin müəllifləri Mərkəzi Nüvə Geoloji Elm və Texnologiya şirkətinin tədqiqatçılarıdır. Yeni aşkar edilmiş mineral artıq Beynəlxalq Minerallar Assosiasiyasından rəsmi təsdiq alıb və onların reyestrinə IMA 2022-127a nömrəsi ilə daxil edilib.

Qeyd edək ki, niobium aşağı istilik neytron tutma qabiliyyətinə görə nüvə sənayesində əsas element sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory