Dünya

Sakit okeanda sunami təhlükəsi elan edildi

9 Oktyabr 2023 14:35
Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tokionun cənubunda Sakit okeanda yerləşən Yaponiyanın uzaq Oqasavara və İzu adaları üçün bir metrə qədər sunami təhlükəsi yaranıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə ölkənin milli meteorologiya departamenti məlumat yayıb.

Artıq Xatiszyo adalarında hündürlüyü təxminən 40 sm olan dalğalar qeydə alınıb.Bölgələrin sakinləri sahil xəttinə yaxınlaşmamağa çağırılır. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Sunamiyə Sakit Okeanda baş verən zəlzələ səbəb olub. Lakin meteorologiya idarəsi onun miqyası və mənbənin dərinliyi barədə məlumat vermir.

Ötən həftə həmin bölgədə 6,6 bal gücündə zəlzələ baş vermişdi və bu da bir metrə qədər sunami təhlükəsi ilə nəticələnmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory