Dünya

Yeniyetməni bıçaqlayan azərbaycanlı saxlanıldı

8 Oktyabr 2023 19:52
Baxış: 1 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Voronejdə polis 54 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, həmin şəxs bıçaqla azyaşlıya hücum etməkdə şübhəli bilinir.

Avqust ayında təcili yardım maşını boynundan bıçaq xəsarəti alan 15 yaşlı oğlanı şəhər xəstəxanasına gətirib. Həkimlər gənci xilas edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları İstintaq Komitəsinin əməkdaşları ilə birlikdə hücum edən şəxsi dərhal tapa bilməyiblər.

"Onun 54 yaşlı Azərbaycan vətəndaşı olduğu məlum olub", - Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan vətəndaşına qarşı Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.