Dünya

HƏMAS bu hücumla elə bir uğur qazandı ki... - İsrailli ekspert

8 Oktyabr 2023 12:35
Baxış: 1 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail HƏMAS-ın hücumuna hazır deyildi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri israilli ekspert David Gendelman HƏMAS-ın İsrailə hücumunu şərh edərkən deyib.

"İsrail kəşfiyyatının qiymətləndirməsi belə idi ki, indi HƏMAS-la gərginlik yaratmaq sərfəli deyil. Son həftələrdə Qəzza sakinlərinə İsraildə daha çox iş icazəsi verilib. Hətta Qəzzaya Qətərin növbəti maliyyə yardımı ayrılmışdı və s... Deməli, ehtimal edilirdi ki, onların hazırki tələbləri təmin edilib və onlar indi döyüşməyəcəklər. Təlimlər isə sadəcə hər zaman olduğu kimi mövsümi xarakter daşıyırdı.

Ona görə də İsrail ordusu arxayn idi, sərhəddə döyüş hazırlığı yox idi. HƏMAS ani hücumla hətta özü üçün də gözlənilməz olan uğurlar qazandı", - deyə ekspert bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.