Dünya

İsrail ordusu HƏMAS-ın 10 hədəfini vurdu

8 Oktyabr 2023 10:17
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 10 hədəfini, o cümlədən bir kəşfiyyat qərargahını və radikal hərəkatla əlaqəli iki bankı vurub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrail bir müddət əvvəl HƏMAS terror təşkilatının 10 hədəfinə hücum edib. Hədəflər HƏMAS-ın istifadə etdiyi çoxmərtəbəli binalarda olub. Onların arasında terror təşkilatına məxsus kəşfiyyat qərargahı da var. HƏMAS-ın hava qüvvələrinin istifadə etdiyi hərbi kompleksə də hücum edilib. İsrail ordusu paralel olaraq terrorizm üçün vəsait toplayan HƏMAS terror təşkilatına aid iki banka hücum edib" - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.