Dünya

Məqsədimiz düşmənə böyük bir dərs verməkdir - İsrailin baş naziri - YENİLƏNİB - VİDEO

7 Oktyabr 2023 17:38
Baxış: 1 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məqsədimiz Qəzza zolağında düşmənə böyük bir dərs verməkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.

O, insanların təmkinli və ağıllı davranmalı olduğunu vurğulayıb:

"Səhər saatlarından İsrail dövləti müharibə vəziyyətindədir. Müharibədə insanlar ağıllı olmalıdır. Mən bütün İsrail vətəndaşlarını ali məqsədimizə - müharibədə qələbəyə nail olmaq üçün birləşməyə çağırıram. Bizim birinci məqsədimiz ərazimizə sızmış düşmən qüvvələri təmizləmək və hücuma məruz qalmış icmalarda təhlükəsizliyi və sabitliyi bərpa etməkdir.

İkinci məqsəd Qəzza zolağında da düşmənə böyük bir dərs verməkdir. Üçüncü məqsədimiz isə başqa cəbhələri gücləndirməkdir ki, heç kim səhvən bu müharibəyə qoşulmasın".

Qeyd edək ki, bu gün səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsində reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

Hələ ki, ordu görünmür, 30 dəqiqədən az müddət ərzində silahlı hücumçular Sderotda gəzirlər. Artıq dinc sakinlər arasında ölənlər var.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

--------

13:31

Benyamin Netanyahu xalqa müraciət edib.

"İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu əməliyyat deyil, eskalasiya deyil - bu müharibədir. HƏMAS bunun üçün görünməmiş bir bədəl ödəyəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.