Dünya

Baydenin iti Ağ Evdən çıxarıldı

6 Oktyabr 2023 17:47
Baxış: 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden Kommander adlı alman çoban itini işçilərə qarşı aqressiv davranışlarına görə Ağ Evdən çıxarmaq qərarına gəliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, it artıq ABŞ liderinin iş iqamətgahının ərazisini tərk edib.

Qeyd edək ki, 2021-ci ilin dekabrından - Ağ Evə gələndən bəri Kommander ABŞ Məxfi Xidmətinin əməkdaşlarına ən azı 11 dəfə hücum edib.

Cill Baydenin mətbuat katibi Elizabet Aleksander bildirib ki, Ağ Ev işçilərinin və onların müdafiəçilərinin təhlükəsizliyi prezident və birinci xanım üçün prioritet məsələdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.