Orta Dəhliz hazırkı geosiyasi vəziyyətdə mühüm alternativdir - Latviya XİN
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Latviya mövcud geosiyasi vəziyyətdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) mühüm alternativ hesab edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyindən məlumat verilib.
"İndiki vəziyyətdə biz geosiyasi risklər, eləcə də təhlükəsizlik riskləri və sanksiyalardan yayınma səbəbindən yalnız ənənəvi marşrutlara etibar edə bilmərik", - departament vurğulayıb.
Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, Latviya hazırda şimal-cənub istiqamətində Polşa vasitəsilə ölkəni Ukrayna ilə birləşdirən yeni logistik marşrutlar yaradır.
"Latviya Ukraynanı dəstəkləyir. Latviya Ukraynadan taxıl ixrac etmək və Ukraynaya müxtəlif mallar idxal etmək üçün geniş imkanlar təklif edir. Yaxın illərdə TEN-T (Trans-Avropa Nəqliyyat Şəbəkələri) şəbəkəsinin genişləndirilməsi gözlənilir", - nazirlikdən bildirilib.
Xarici İşlər Nazirliyindən bildiriblər ki, bu dəhliz Orta Dəhliz və TRASEKA nəqliyyat marşrutları ilə təbii inteqrasiya olunmuş əlaqəyə çevriləcək və gələcəkdə Latviya ilə digər Baltikyanı ölkələr, Qafqaz, Qazaxıstan, eləcə də digər Mərkəzi Asiya ölkələri və hətta Çin arasında yeni logistika imkanları yarada bilər.
Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.
Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.
Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına töhfə verir.
Bu dəhlizlə hərəkət edən yük qatarı Çindən Avropaya malları 20-25 günə çatdırır və bu, Orta Dəhlizinin əsas üstünlüklərindən biridir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı
-
İsmayıl Qartala İrandan rəsmi təklif
XƏBƏR LENTİ
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib





