Dünya

Xəstəxanada bir gündə 20-dən çox pasiyent öldü

3 Oktyabr 2023 15:08
Baxış: 1 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Nanded şəhərindəki xəstəxanada bir gündə 24 xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə tibb müəssisəsinin nümayəndələri NDTV kanalına məlumat veriblər.

Bildirilib ki, son 24 saat ərzində 12 yeni doğulmuş körpə dünyasını dəyişib. Onların ölüm səbəbləri açıqlanmır. 12 nəfər müxtəlif xəstəliklər, əsasən də ilan sancması səbəbindən ölüb.

Həkimlərdən biri qeyd edib ki, körpələr müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər. Yetkin xəstələrə gəlincə, o, onların vəziyyətinin ağır olduğunu vurğulayıb: "70-80 yaş arasında olan xəstələrin şəkərli diabet, qaraciyər və böyrək çatışmazlığı kimi müxtəlif problemləri var idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.