Dünya

Senator faciəvi şəkildə öldü

3 Oktyabr 2023 08:25
Baxış: 1 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Şimali Dakota ştatından senatoru Daq Larsen ailəsi ilə birgə təyyarə qəzasında həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" bildirib.

Məlumata görə, siyasətçi ilə birgə onun həyat yoldaşı və iki azyaşlı övladı ölüblər. Onların kiçikhəcmli təyyarəsi Yuta ştatında yerə çırpılıb.

Qrand dairəsinin Şerif Departamentinin feysbukda dərc etdiyi açıqlamaya görə, təyyarə yerli vaxtla bazar günü axşam Kanyonlends aerodromundan qalxdıqdan qısa müddət sonra Moab qəzaya uğrayıb. Şerif ofisi senatorun pilot olduğunu və hava nəqliyyatı vasitəsində olan dörd nəfərin hamısının həlak olduğunu bildirib.

Qeyd edək ki, Daq Larsen Respublikaçılar Partiyasının üzvü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.