Dünya

Bayden: “Hazırda ABŞ-də təhlükəli şeylər baş verir”

29 Sentyabr 2023 16:18
Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden Donald Trampı və onun tərəfdarlarının təsis etdiyi "Amerikanı yenidən möhtəşəm et" (MAGA) hərəkatını demokratiya üçün təhlükə adlandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o bu barədə Arizonada çıxışı zamanı bəyan edib.

"Hazırda ABŞ-də təhlükəli şeylər baş verir. Demokratiyamızın əsas prinsiplərini bölüşməyən MAGA adlı bir hərəkat mövcuddur", - deyə C.Bayden vurğulayıb.

C.Bayden bir qədər də irəli gedərək vurğulayıb ki, hazırkı Respublikaçılar Partiyası MAGA hərəkatının prinsiplərini rəhbər tutur.

"Əgər onların ideyaları həyata keçərsə, ABŞ-nin demokratiya təsisatları köklü şəkildə dəyişikliyə məruz qalacaq", - deyə C.Bayden bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.