Türkmənistan Prezidentindən MARAQLI TƏKLİF
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov "Xəzər Ekoloji Təşəbbüsü" yaratmağı təklif edib.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısı BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərkən söyləyib.
Siyasətçi BMT BA-nın nümayəndələrinə müraciətində xatırladıb ki, ötən ilin yayında Türkmənistanda keçirilən VI Xəzər Sammitində bütün iştirakçılar ekoloji məsələlərdə sıx əməkdaşlığa hazır olduqlarını qəti şəkildə təsdiqləyiblər.
"Hesab edirəm ki, bu, sahilyanı dövlətlərlə BMT arasında geniş və sistemli qarşılıqlı fəaliyyətə başlamaq üçün yaxşı imkanlar açır", - o qeyd edib və BMT ilə sıx əməkdaşlıq şəraitində Xəzər Ekoloji Təşəbbüsünün yaradılmasını təklif edib.
Onun fikrincə, belə bir təşkilat Xəzər dənizinin ətraf mühitin mühafizəsi, onun bioloji ehtiyatlarının qorunması, bir sıra aktual ekoloji problemlərin həlli ilə bağlı geniş spektrli məsələlər üzrə peşəkar qarşılıqlı fəaliyyət üçün beynəlxalq platformaya çevrilə bilər.
Berdiməhəmmədov Mərkəzi Asiyada ekoloji problemlərə daha çox diqqət yetirməyi də təklif edib. O, "təxminən 80 milyon əhalisi olan, geniş əraziləri tutan, unikal təbii sərvətlərə və biomüxtəlifliyə malik olan və eyni zamanda ciddi ekoloji risklər zonasında yerləşən region üçün BMT-nin hərtərəfli ekoloji strategiyasının formalaşdırılması üçün məqsədyönlü və konkret tədbirlərə başlamağa" çağırıb.
Bu kontekstdə Türkmənistan lideri paytaxt Aşqabadda ixtisaslaşmış strukturun - Mərkəzi Asiyada İqlim Dəyişikliyinə Qarşı Mübarizə ilə bağlı Texnologiya üzrə Regional Mərkəzin yaradılmasını təklif edib.
DİGƏR XƏBƏRLƏR
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
İranda dollar yenə bahalaşdı
XƏBƏR LENTİ
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib





