Dünya

İndoneziyada güclü zəlzələ oldu

11 Sentyabr 2023 20:15
Baxış: 1 096
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti açıqlama yayıb.

Zəlzələnin episentrinin Ternate bölgəsindən 38 kilometr şimal-şərqdə olduğu açıqlanıb.

Təxminən 162,5 kilometr dərinlikdə meydana gələn zəlzələdə ilkin məlumatlara görə can və mal itkisi olmayıb.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı elan edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.