Dünya

Qasırğa 2 günə yarım milyard dollar ziyan vurdu - FOTO

8 Sentyabr 2023 14:51
Baxış: 832
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Fujyen əyalətində "Haikui" qasırğası ilə əlaqədar 300 minə yaxın insan təxliyə edilib, iki nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Fujyen əyalətinin daşqın və quraqlıqla mübarizə üzrə qərargahının verdiyi məlumata əsasən, daşqınlar burada yaşayan 1,6 milyona yaxın insana zərər vurub. Qasırğa 10 min hektara yaxın əkin sahəsini yuyub aparıb, 2,5 mindən çox evə ziyan dəyib və ya tamamilə dağılıb. Birbaşa iqtisadi zərər 700 milyon dollardan (1,1 milyard manat) çox təşkil edib.

Xatırladaq ki, "Haikui" tropik qasırğası sentyabrın 5-də Çinin cənubundakı Quandun və şərqi Fujyen əyalətlərini vurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.