Dünya

Ermənistan onları istintaqa çəkdi - aralarında bloqer və jurnalistlər də var

8 Sentyabr 2023 13:25
Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyapərəst bloger Mika Badalyan və "Sputnik Ermənistan" radiosunun icmalçısı Aşot Gevorkyan ötən gecə Gorusda saxlanılıblar və hazırda Ermənistan İstintaq Komitəsindədirlər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumatlara görə, hazırda istintaq tədbirləri davam etdirilir. Qeyd edilir ki, M.Badalyan və A.Gevorkyanla birlikdə saxlanılan daha beş nəfər odlu silahların qanunsuz dövriyyəsində şübhəli bilinirlər.

Maraqlıdır ki, həbslər Ermənistan - Rusiya mediaforumunun keçirildiyi bir zamana təsadüf edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənlərin Moskvaya qarşı növbəti təxribat ola biləcəyini vurğulayıb.

Xatırladaq ki, M.Badalyan İrəvanda və onun hüdudlarından kənarda terror aktlarının hazırlanması barədə yalan məlumat yaydığına görə bir neçə gün öncə həbs edilmiş, lakin sonradan zaminə buraxılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.