Dünya

Güclü qasırğa həyatı iflic etdi - VİDEO - FOTO

5 Sentyabr 2023 15:46
Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tayvanda "Haikui" qasırğası nəticəsində 78 nəfər zərər çəkib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Adanın administrasiyasının məlumatına əsasən, ölənlər barədə hələ ki bir məlumat daxil olmayıb.

Bildirilir ki, pis hava şəraiti ilə bağlı ən çox xəsarət alanlar adanın cənubundakı ərazilərdə yaşayanlardır - Qaosyun şəhərində 23, Taitunq əyalətində 20 nəfər tibbi yardım üçün müraciət edib.

Xilasedicilər dağlıq və sahilyanı ərazilərdən, həmçinin digər təhlükəli bölgələrdən 7,1 min nəfəri təxliyə ediblər. Ümumilikdə adada 95 müvəqqəti sığınacaq qurulub. Hazırda orada 1,9 min nəfər məskunlaşdırılıb.

Qeyd edək ki, ötən həftənin əvvəlində Tayvanın cənubunu "Saola" superqasırğası da vurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.