Dünya

ABŞ-nin birinci xanımı yenə koronavirusa yoluxdu

5 Sentyabr 2023 08:49
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

"Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq", - xəbərdə deyilir.

ABŞ-ın səlahiyyətliləri 2022-ci ilin iyulunda Prezident Cozef Baydenin koronavirus testinin müsbət çıxdığını bildiriblər. Amerika lideri karantində olarkən rəsmi vəzifələrini tam yerinə yetirib.

Xatırladaq ki, bu, ABŞ-ın birinci xanımı ikinci dəfədir koronavirusa yoluxur. Belə ki, 2022-ci ilin avqustunda da Cill Baydenin COVID-19 testi müsbət çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.