Dünya

KİV: Ərdoğanın Soçidə Putinlə müzakirə edəcəyi məsələlər açıqlanıb

4 Sentyabr 2023 11:26
Baxış: 1 173
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Ukrayna ilə bağlı vasitəçiliyə hazır olduğunu açıqlayacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Milliyet" nəşri öz mənbələrinə istinadən yazıb.

Nəşrin sözlərinə görə, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə ("Taxıl sazişi") qayıtması mümkündür.

Qəzet həmçinin əlavə edib ki, Ərdoğan həm dünya ərzaq təhlükəsizliyi, həm də Qara dənizdə sabitlik və sülh üçün "taxıl sazişi"nin aktivləşdirilməsinin vacibliyini vurğulayacaq.

Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin görüşü bu gün Soçidə baş tutacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.