Dünya

Rusiya İrana təlim-döyüş təyyarələri verdi

3 Sentyabr 2023 17:48
Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya istehsalı olan "Yak-130" təlim-döyüş təyyarələri İrana çatdırılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İRNA dövlət agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın "Yak-130" təyyarələri İrana gətirilib və bu ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verilib.

Bu təyyarələr İran Hərbi Hava Qüvvələrinin yeni nəsil qırıcılarını idarə edəcək yeni pilotların hazırlanmasında istifadə olunacaq.

Agentlik İrana nə qədər təyyarənin gətirildiyi barədə məlumat verməyib. Rəsmi qurumlar "Yak-130"un ölkəyə gətirilməsini hələlik təsdiqləməyib.

Qeyd edək ki, "Yak-130", 4-cü və 5-ci nəsil təyyarələrdə uçuş heyətinin pilotluğu və döyüş hazırlığı üçün nəzərdə tutulmuş iki yerlik reaktiv döyüş hazırlığı təyyarəsidir. Çevik proqram təminatı "Yak-130"a müxtəlif təyyarələrin, o cümlədən ağır "Su-35S" və "Su-57" qırıcılarının havada davranışını simulyasiya etməyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.