Dünya

Kiyevə raket hücumu olub, ölənlər və yaralananlar var

30 Avqust 2023 09:02
Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə raket hücumunda havada zərərsizləşdirilən mərmi qalıqlarının düşməsi nəticəsində 2 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqramda məlumat yayıb.

"Təəssüf ki, Kiyevin Şevçenko rayonunda dağıntıların müəssisənin ərazisinə düşməsi nəticəsində, ilkin məlumata görə, 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Ona tibbi yardım göstərilir", - KŞHA-nın rəisi Serhiy Popko bildirib.

Şəhərin meri Vitali Kliçkonun sözlərinə görə, 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb və xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.