Dünya

Putin dostunu öldürdü, sonra “Xaç atası” kimi… - Conson

27 Avqust 2023 11:32
Baxış: 1 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vaqner"in rəhbəri Yevgeni Priqojinə mümkün sui-qəsd Rusiya Prezidenti Vladimir Putinin göstərişi olmadan baş verə bilməzdi. Bu, onu göstərir ki, Putinlə danışıqların mənası yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

"Putin özünü qanqster kimi göstərdi və onun vaqnerçilərə televiziya vasitəsilə verdiyi absurd başsağlığı sadəcə olaraq "Xaç atası" filminin səhnəsindən götürülüb.

Bu qətllərlə Putin gözümüzün qabağında Asiya despotuna çevrilir, o, burada kimin ağa olduğunu göstərmək üçün keçmiş sevimli kadrını öldürdü", - Conson köşə yazısında qeyd edib.

O bildirib ki, Putin Ukraynada qalib gəlsə, bu, bütün dünyada demokratiya üçün fəlakət olacaq:

"Putin qalib gəlsə, bu, "Qərbə etibar etmək olmaz" deyənlər üçün bəhanə olardı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.