Dünya

Danimarka Quranın yandırılmasını qadağan etməyi planlaşdırır

25 Avqust 2023 17:51
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka Quran, Tövrat və İncil kimi müqəddəs kitablarla "uyğun olmayan rəftarı" qadağan etməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Danimarkanın ədliyyə naziri Peter Hummelgaard mətbuat konfransında deyib.

Ədliyyə naziri vurğulayıb ki, İslamın müqəddəs kitabına qarşı bir sıra təhqirlər müsəlman ölkələrində qəzəb doğurub.

O deyib ki, hökumət "dini icma üçün əhəmiyyətli olan dini əhəmiyyət kəsb edən obyektlərlə qeyri-adekvat rəftarı qadağan edən" qanun layihəsi təqdim edəcək və əlavə edib ki, qanun xüsusilə ictimai yerlərdə müqəddəs kitabların yandırılması və təhqir edilməsinə yönəlib.

Nazir əlavə edib ki, qadağa təkcə yandırmağı deyil, həm də məsələn, onları ləkələmək və ya tapdalamağı məhdudlaşdırmağı da əhatə edəcək.

Müqəddəs kitabları təhqir edənlərə qarşı maksimum cəzanın iki il həbs olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.