Dünya

“Franklin” tropik qasırğası Haiti və Dominikana yaxınlaşır: Sakinlərə çağırış edildi - FOTO

24 Avqust 2023 09:19
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Franklin" tropik qasırğası Haiti adası və Dominikan Respublikasına yaxınlaşır.

"Franklin"in adanın üzərindən keçəcəyi və 25-38 sm yağıntı, sürüşmə və daşqınlar gətirə biləcəyi gözlənilir.

Qasırğanın içindəki küləyin maksimal sürəti 75 km/saata çatır və o, təxminən 15 km/saat sürətlə adaya doğru hərəkət edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Haiti Baş naziri Ariel Anri sakinləri su, qida və dərman ehtiyatları əldə etməyə çağırıb. 

Dominikan Respublikasında isə hakimiyyət məktəbləri, dövlət idarələrini və bir neçə hava limanını ən azı 24 saat müddətinə bağlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.