Dünya

ÜST: Son 28 gündə dünyada COVID-19-a yoluxma 63 % artıb

23 Avqust 2023 13:30
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı son 28 gündə dünyada COVID-19 hadisələrinin 63 % artdığını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında deyilir.

Qeyd edilib ki, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb.

Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar artıq Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb.

"Kaliforniya, Nyu-York və Corciya məcburi maska rejimi tətbiq etməyə başlayır", - deyə ABŞ mediasının yaydığı məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.