Dünya

“Roskosmos”: “Luna-25”-lə əlaqə kəsilib, Ayın səthi ilə toqquşduğu ehtimal edilir

20 Avqust 2023 16:31
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Luna-25" avtomatik planetlərarası stansiya ilə əlaqə kəsilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Roskosmos" məlumat yayıb.

İlkin ehtimala görə, "Luna-25" nəzərdə tutulmamış kənar orbitə keçib və Ayın səthi ilə toqquşub.

Qeyd edək ki, avqustun 21-də Rusiyanın "Luna-25" avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da "Roskosmos" "Luna-25"in göyərtəsində "nəzərdə tutulmamış vəziyyət"in ortaya çıxdığını açıqlayıb. Bildirilmişdi ki, avqustun 19-da "Luna-25"in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.