"Luna-25" avtomatik planetlərarası stansiya ilə əlaqə kəsilib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Roskosmos" məlumat yayıb.
İlkin ehtimala görə, "Luna-25" nəzərdə tutulmamış kənar orbitə keçib və Ayın səthi ilə toqquşub.
Qeyd edək ki, avqustun 21-də Rusiyanın "Luna-25" avtomatik planetlərarası stansiyasının Ayın cənub qütbünə enməsi planlaşdırılsa da, bu, baş verməyib və avqustun 19-da "Roskosmos" "Luna-25"in göyərtəsində "nəzərdə tutulmamış vəziyyət"in ortaya çıxdığını açıqlayıb. Bildirilmişdi ki, avqustun 19-da "Luna-25"in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib.
Milli.Az