Dünya

Rusiya təyyarələri 2 ölkənin hava məkanını pozdu - NƏ BAŞ VERİR?

17 Avqust 2023 21:52
Baxış: 1 146
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya aviaşirkətlərinin üç təyyarəsi - "Rossiya", "Ural Airlines" və "Nordwind" Finlandiya və Estoniyanın hava məkanını pozub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, tufan səbəbindən Kalininqraddan uçarkən təyyarələr sərhədi keçib:

"Uçuşların təhlükəsizliyinin təmin edilməsi məsələsində qarşılıqlı yardım prinsiplərini rəhbər tutaraq Rusiya tərəfi zərurət yaranarsa, Rusiya Federasiyasının hava məkanında xarici dövlətlərin hava gəmilərinin təhlükəsiz uçuşunu təmin etməyə hazırdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.