Dünya

Trampın işinə baxan hakim hədələndi

17 Avqust 2023 20:08
Baxış: 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerika hüquq-mühafizə orqanları ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı cinayət işlərinə baxan hakimi öldürməklə hədələyən qadını saxlayıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı Abigail Co Sri avqustun 5-də Vaşinqtonda məhkəməyə zəng edib.

Sri Trampa qarşı işə baxan hakim Tanya Çutkana "Biz sizi öldürmək istəyirik. Əgər Tramp 2024-cü ildə seçilməsə, səni öldürməyə gələcəyik", - deyib.  

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.