Dünya

Nazirin Qəddafinin qətli ilə bağlı ETİRAFI: "Ciddi səhv idi"

17 Avqust 2023 19:15
Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liviyanın devrilmiş lideri Müəmmər Qəddafinin qətlinə biganə qalmaq çox ciddi səhv idi".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu etirafı İtaliyanın xarici işlər naziri Antonio Tajani edib.

Tajani Qəddafinin qətli ilə bağlı açıqlamalar verib.

"Qərbin Qəddafinin öldürülməsinə laqeyd yanaşması çox ciddi səhv idi. Qəddafi demokratiyanın ən yaxşı nümunələrindən biri deyildi, lakin onun öldürülməsindən sonra Liviya və Afrikada qeyri-sabitlik başladı", - deyə Antonio Tajani qeyd edib.

Xatırladaq ki, Qəddafi 2011-ci il oktyabrın 20-də doğulduğu Sirtdə müxalif silahlı qruplar tərəfindən öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.