Dünya

Şənliyə onsuz getdiyi üçün sevgilisini GÜLLƏLƏDİ

16 Avqust 2023 23:18
Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da 17 yaşlı qız məclisə sevgilisi olmadan getdiyi üçün güllələnib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Utah ştatında baş verib. Belə ki, avqustun 6-da 18 yaşlı gənc sevgilisinin onun hisslərinə məhəl qoymadan planlar qurduğunu öyrəndiyi zaman onu güllələyib. Qıza onsuz harasa getsə problemlə üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Gənc oğlan sevgilisinin arxasınca gedib və ondan evə qayıtmasını tələb edib. O, tələblərinə əməl etmədiyi təqdirdə onu incidəcəyini və hamının gözü qarşısında döyəcəyini bildirib. Bu zaman qız rəfiqəsinin avtomobilinin arxa oturacağında oturub. Oğlan qızın ayağından atəş açıb. Yaralı qız dostlarının köməyi ilə yerli xəstəxanaya aparılıb və təcili omba nahiyəsindən əməliyyat olunub.

Avqustun 15-də o, odlu silahdan istifadə edərək sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunub. Atəş açan şəxs girov olmadan Solt Leyk Siti həbsxanasına göndərilib.

Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxslə münasibətdə olduğu müddətdə zorakılıqdan əziyyət çəkib. O, sevgilisinin onunla öz malı kimi davrandığını, dəfələrlə fiziki, əqli və emosional zorakılıq tətbiq etdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.