Dünya

Britaniya kəşfiyyatı: Çeçen hərbçilər cəbhəyə qayıdır

15 Avqust 2023 16:05
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çeçenistan hərbçiləri Ramzan Kadırovun Vladimir Putinin tərəfdarı kimi nüfuzunu artırmaq üçün cəbhəyə qayıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında hesabatında qeyd olunub.

Kəşfiyyat rəsmilərinin fikrincə, Kadırov bu yolla Putinin gözündə reputasiyasını yaxşılaşdırmağa çalışır.

Qeyd olunub ki, Kadırov bu səbəbdən Zaporojye vilayətinin Orexov rayonunda döyüşən "Vostok Axmat" batalyonu barədə təriflər səsləndirir.

Britaniya kəşfiyyatının sözlərinə görə, Kadırovun bölmələri Rusiyanın Ukraynadakı qüvvələrinin arasında nisbətən kiçik, lakin əhəmiyyətli hərbi komponentdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.