Dünya

Rusiya blokadası yarılmalıdır, danışıqlar olmaz!

15 Avqust 2023 14:56
Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq ictimaiyyət Ukrayna dəniz limanlarındakı blokadanı yarmalı, ancaq Rusiya ilə danışıqlara cəhd etməməlidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikirləri Polşa Beynəlxalq Münasibətlər İnstitutunun (PISM) ekspertləri deyib.

Onların fikrincə, taxıl sazişinə qayıtmaq Qara dənizdəki vəziyyəti kökündən dəyişməyəcək:

"Rusiya işğal başlayandan az sonra Qara dənizin şimal-qərb hissəsini tamamilə bağladı və bu bölgədəki istənilən gəmini terror təhlükəsi hesab edəcəyini bildirdi. Beləliklə, silahların dəniz yolu ilə çatdırılması qeyri-mümkün oldu. Onların çatdırılmasının maya dəyəri də artdı və proses mürəkkəbləşdi. Həmçinin, bu, müharibədən əvvəl dəniz yolu ilə ixracı 45 milyard dollardan çox olan Ukraynanın özünün də iqtisadi imkanlarını sarsıtdı".

Ekspertlər bildirib ki, taxıl sazişinin yenilənməsi Rusiyaya bir daha Ukrayna limanlarına və ya limanlarından kommersiya daşımalarına nəzarət etmək imkanı verəcək:

"Beləliklə, Ukraynanın ixracı sabotaj olunacaq".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.