Dünya

Berbokun təyyarəsi Əbu-Dabidə qaldı – Səbəb

14 Avqust 2023 16:35
Baxış: 769
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniya xarici işlər naziri Annalena Berbok təyyarəsində yaranan texniki nasazlıq səbəbindən BƏƏ-nin paytaxtı Əbu-Dabidə qalıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Assoşeyted Press" məlumat yayıb.

Məlumata görə, Berbok Almaniya Hərbi Hava Qüvvələrinin "Airbus A340" təyyarəsinin eniş qanadlarında yaranan mexaniki problem səbəbindən Əbu-Dabidən Avstraliyaya uça bilməyib.

Bildirilib ki, problem Əbu-Dabidən havaya qalxdıqdan bir neçə dəqiqə sonra müəyyən edilib və iki saat sonra təyyarə 80 ton yanacağı tullamaqla yenidən təhlükəsiz yerə enib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.