Dünya

ABŞ-ın Azərbaycanın üzərinə gəlməsini kimlər SİFARİŞ EDİR? - VİDEO

14 Avqust 2023 12:32
Baxış: 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün dünya düzənində Birləşmiş Ştatlardan bəhs edəndə daha çox etibarsız müttəfiq, tərəfdaş ölkələrə xəyanət edən dövlət kimi ağıllara gəlir. Bu da səbəbsiz deyil.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ABŞ-ın xarici siyasəti əsas etibarı ilə məhz bu bəhs edilən mənfi məqamlar üzərində formalaşıb.

Millət  vəkili Aydın Mirzəzadənin sözlərinə görə, ABŞ-ın nüfuzlu mətbu orqanında bir həftə ərzində antiazərbaycanla bağlı 3 məqalənin çap edilməsi bu addımın sifarişlə atılmasının bariz nümunəsidir.

"Vaşinqton Post"da Laçın yolu ilə bağlı ermənilərin tezislərinə uyğun məqalə yazmış Devid İqnatius milliyyətcə ermənidir, 2016-cı ildə qanunsuz olaraq Qarabağa səfər edib, Ruben Vardanyanın yaxın dostudur və hətta onun fondu tərəfindən mükafatlandırılıb.44 günlük müharibədən əvvəl də, sonra da Ermənistanın və Qarabağdakı separatçıların müdafiəsinə yönəlmiş yazılar və açıqlamalar yayıb.

Politoloq Tural İsmayılov isə qeyd edib ki, ABŞ-ın ideoloji tezisləri və xarici siyasət kursu hər zaman başqa ölkələrin daxilində hərc-mərcliyə və qarşıqlığa yönəlib.

ABŞ xarici siyasətinin məhz "etibarsız müttəfiq" prinsipi üzərində qurulduğunu müasir dövrdə Əfqanıstan, İraq, Liviya, Suriya və digər ölkələrdə cərəyan edən proseslər də təsdiqləyir

Ekspertlər hesab edir ki, bütün bunlar isə ABŞ-a müttəfiq kimi yanaşan ölkələri daha ehtiyyatlı davranmağa sövq etməlidir. Yəni, belə deyək ki, hər kəs "ABŞ-ın kəndiri ilə quyuya enməyin" təhlükəli olduğunu bilir.

"Çünki, ABŞ hər an o kəndiri əlindən quyuya buraxa bilər."

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.