Rusiyanın tanınmış tərcüməçi və yazıçısı, "Danışır, Moskva" radiostansiyasının aparıcısı Leonid Volodarski uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə radiostansiya məlumat yayıb.
Qeyd edək ki, Volodarski ingilis və Amerika yazıçılarının fantastika janrında olan əsərlərini tərcümə edib. L.Volodarski eyni zamanda Stiven Kinqin əsərlərini rus dilinə ilk tərcümə edənlərdən olub və həmçinin Jerom Selincerin əsərlərini də çevrib.
Milli.Az