Dünya

İtalyan dizayner “Nə oldu, Paşinyan?” mahnısına etdiyi rəqsindən danışdı - VİDEO

5 Avqust 2023 10:46
Baxış: 2 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur italyan dizayner Alessandro Karuso "Nə oldu, Paşinyan?" mahnısının sədaları altında rəqs edərək sosial şəbəkədə paylaşım edib.

Video qısa müddətdə milyonlarla istifadəçi tərəfindən bəyənilib.

Azərbaycanlı istifadəçilər onun rəqsinə müxtəlif şərhlər yazıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, moda və dizayn sahəsində fenomen olan Alessandro Karuso "Nə oldu, Paşinyan?" mahnısı ilə bağlı fikirlərini bölüşüb.

Ona Azərbaycan və Qarabağla bağlı da sual ünvanlanıb. Dünyaca məşhur italyan dizaynerin cavabı belə olub:

"Azərbaycan mənim üçün super ölkədir. Gözəl insanları var. Mən Azərbaycanı sevirəm. Mahnıda adı keçən Paşinyanı isə heç tanımıram. Bilirəm ki, Qarabağ Azərbaycandır. Bir daha vurğulamaq istəyirəm ki, mən bütün dünyanı sevirəm və bununla heç kəsi incitmək istəməmişəm".

Məşhur dizayner bu il sentyabrda Azərbaycana gəlmək istədiyini də sözlərinə əlavə edib.

Daha ətraflı Xezer TV-nin süjetində:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.