Dünya

Minskdən Varşavaya çağırış: Sakit olun!

3 Avqust 2023 07:14
Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanı iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğu iddiası ilə əlaqədar vəziyyəti gərginləşdirməməyə və sakitləşməyə çağırırıq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, məsələ ilə bağlı Polşanın Belarusdakı müvəqqəti işlər vəkili Martin Voyçexovski nazirliyə dəvət olunub:

"Diplomata məlumat verilib ki, Polşa rəsmilərinin avqustun 1-də Belarusa məxsus iki helikopterin hava məkanını pozması barədə tələsik bəyanatları Belarusun keçirdiyi hərtərəfli yoxlamanın nəticələri ilə təsdiqini tapmayıb. Sübut olaraq, helikopterlərin uçuş marşrutuna obyektiv nəzarətdən əldə edilən məlumatlar nümayiş etdirilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.