Dünya

Bu ölkə Quranın yandırılmasını qadağan edə bilər

31 İyul 2023 09:46
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka hakimiyyəti müəyyən dinlərdən və ya digər dövlətlərdən olan dindarların təhqir edilməsinə səbəb ola biləcək ictimai tədbirlərin keçirilməsinə məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirməyə hazırlaşır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dəyişikliklər krallığın ifadə azadlığını qoruyan konstitusiyasına zidd olmamalıdır.

Qeyd olunub ki, Danimarka hökuməti, məsələn, digər ölkələrin, mədəniyyətlərin və dinlərin təhqir olunduğu və bunun Danimarka üçün ən azı təhlükəsizliklə bağlı ciddi mənfi nəticələrə səbəb ola biləcəyi xüsusi vəziyyətlərə müdaxilə imkanlarını araşdıracaq.

Digər ölkələrdə rezonans doğuran sonuncu aksiya iyulun 24-də yerli polisin icazəsi ilə Kopenhagendə Quranın yandırılması olub. O, bir sıra İslam ölkələrində İsveçdə analoji nümayişə qarşı etiraz aksiyaları fonunda baş verib. Bunu yerli polisin icazəsi ilə İraqdan olan 37 yaşlı Salvan Momika adlı mühacir həyata keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.