Dünya

"Putin artıq qlobal proseslərə təsir edən şəxs deyil"

30 İyul 2023 18:34
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarının qlobal proseslərə təsir etmədiyini beynəlxalq ictimaiyyətin dərk etməsinin vaxtı çatıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Etiraf etməyin vaxtıdır ki, Putin artıq qlobal proseslərə təsir edən və hadisələrin gedişatını müəyyən edən şəxs deyil. Rusiya diktatoru yalnız yalnız heç olmasa kiminləsə Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün yalvara və işğalçıların "xahişlə" Kiyev vilayətindən çıxarıldığı haqqında hekayələr danışa bilər. Sadəcə Putinin yalanlarına məhəl qoymayın, onda çox şey tez həll olunacaq", - Podolyak qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.