Dünya

Ərdoğana telefonla danışmağı təklif etdim, ancaq... – Putin

30 İyul 2023 16:22
Baxış: 1 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın telefonla danışmaq istəyi haqda sualı cavablandırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, Putin ötən gün keçirdiyi mətbuat konfransında bu mövzuya toxunub.

"Biz telefonla danışmaq istəyirdik. Prezident Ərdoğan danışıq təklif etdi, ancaq mənim üçün əlverişli vaxt deyildi. Sonra mən bu gün (dünən - 29 iyul - red.) təklif etdim, onun üçün uyğun deyildi, sabaha (bu gün, 30 iyul) danışıq təklifi etdim, yenə onun üçün münasib olmadı. Qərara gəldik ki, bu həftənin 3-cü günü danışaq. Danışacağıq və qərara gələcəyik".

Putin Ərdoğanla avqust ayında görüşlə bağlı da razılığa gəldiklərini, ya Rusiyada, ya da Türkiyədə görüşəcəklərini vurğulayıb.

Qeyd edək ki, "Voll Strit Jurnal" iki gün öncə Ərdoğanın Putinlə telefonla taxıl müqaviləsini müzakirə etmək istədiyini, lakin guya Rusiya liderinin bundan imtina etdiyini yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.