Dünya

Ukraynanın su kamikadze dronu ilk dəfə göründü - VİDEO

29 İyul 2023 21:37
Baxış: 1 153
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın suüstü hədəflərinə hücum etmək üçün istifadə edilən Ukraynanın "MAGURA V5" dəniz kamikadze dronlarının ilk dəfə yaxından necə göründüyü göstərilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, xəbər verir ki, bu barədə ABŞ-ın CNN kanalı məlumat yayıb.

Məlumata görə, bu dronlar 800 km məsafəyə 300 kq-a qədər partlayıcı daşımaq gücündədir.

"Onları idarə etmək çox asandır. Artıq Rusiya donanmasının hərəkətlərini ciddi şəkildə məhdudlaşdırdılar. Ukraynalılar sadəcə dronlarını ova göndərirlər, dalğaları gəzirlər. Rusiya gəmiləri onları görsə, ümidsiz bir atəş açırlar. Bəzən ruslar şanslı olur və dronları sıradan çıxarırlar. Ancaq digər vaxtlarda dronlar məqsədlərinə çatırlar".

Ukrayna hərbçilərinin jurnalistlərə verdiyi məlumata görə, dəniz pilotsuz təyyarələri təkcə zərbələr üçün deyil, həm də yüklərin çatdırılması və kəşfiyyat üçün istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.