Hadisə

Şəmkirdə ağır qəzada ölən həkimin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB - VİDEO

14 Sentyabr 2025 19:34
Baxış: 2 338
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

19:34

Şəmkirdə baş-vermiş yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin həkim olduğu məlum olub.

Oxu.Az xəbər verir ki, qəzada ölən "Hyundai" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Kənan Çobanlı stomatoloq kimi çalışıb.

Qeyd edək ki, hadisə gecə saatlarında, Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü Süleyman Məmmədli də həyatını itirib.

Onların toydan qayıdarkən qəzaya düşdükləri məlum olub.

Qəzada həlak olan həkimin görüntülərini təqdim edirik:

------------
00:37

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində ölüb.

Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.