Amerika

Tramp NATO ölkələrinə çağırış etdi: “Rusiyaya böyük sanksiyalara hazıram”

13 Sentyabr 2025 23:29
Baxış: 380
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp, bütün NATO ölkələrini Rusiyadan neft alımını dayandırmağa çağırıb. O, bunun həyata keçirilməsi halında Rusiyaya qarşı genişmiqyaslı sanksiyalara hazır olduğunu bildirib.

Tramp sosial şəbəkə hesabında paylaşım edərək vurğulayıb: "Bütün NATO ölkələri Rusiyadan neft alımını dayandıranda, mən Rusiyaya böyük sanksiyalar tətbiq etməyə hazıram. Bəzi dövlətlərin hələ də Rusiya nefti alması şok doğurur və bu, Rusiyaya qarşı aparılan danışıqlardakı mövqeyinizi və bazarlıq gücünüzü xeyli zəiflədir".

ABŞ lideri əlavə edib ki, NATO bu addımı atacağı halda müharibə tez bir zamanda başa çata bilər. Əks halda isə vaxtın və ABŞ-nin resurslarının israf olunacağını qeyd edib:
"Əks təqdirdə, siz sadəcə mənim vaxtımı, Amerika Birləşmiş Ştatlarının zamanını, enerjisini və pulunu boşa xərcləmiş olursunuz".

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.