II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Torpaq mənim deyil, mənim xalqımındır".
O gün sosial şəbəkədə qarşıma bir video çıxdı. Ərəb dilində danışan biri yana-yana və dönə-dönə Fələstinlə yanaşı 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin (1876 - 1909) adını çəkdi. Bu, məni xeyli düşündürdü. Yaddaşımın dərinliyində itib-batmış bu məsələni yenidən xatırladım. Dəqiqlik üçün II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqəni araşdırmağa qərar verdim.
Sirr deyil ki, İsrailə münasibətdə Türkiyə ilə Azərbaycan (eləcə də Qazaxıstan və Özbəkistan) arasında ziddiyyət var. Və bu ziddiyyətin kökündə dayanan amillərdən biri də bu araşdırmanın nəticəsindən qaynaqlanır. Yəni çağdaş Türkiyə Osmanlı imperiyasının varisidir. Ona görə də Fələstin məsələsini xüsusilə ağrılı qarşılayır. Və bunun kökündə tarix dayanır...
Bəs II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqə konkret olaraq nədən ibarətdir? Türk tarixçisi Dr. Mim Kamal Oke-nin " Sionizm və Fələstin Sorunu, 1880-1914" adlı əsəri var. O əsərdə bu sualın cavabı birmənalı şəkildə verilib. Mən sadəcə, o əsərin xülasəsini təqdim edirəm.
Əsərdən bəlli olur ki, 1896-1902-ci illər arasında sionistlərin lideri kimi tanınan doktor Teodor Herzl Osmanlı Sultanı II Əbdülhəmidi yəhudilərin Fələstində məskunlaşmasına razı salmaq üçün beş dəfə İstanbula səfər edib. Onun ilk səfəri 1896-cı ilin iyununda baş tutdu. Polşa zadəganı Qraf Filip de Nyulinskinin sultan Əbdülhəmidin Avropa casuslarından biri olduğunu eşidən Herzl onu sionist davasına cəlb etdi və onu özü ilə Osmanlı liderləri arasında vasitəçi olmağa razı saldı. Onlar birlikdə İstanbula səfər etdilər və Nyulinski sionistlər adına Sultana müraciət göndərərək, Herzlin Fələstinin qarşılığında Osmanlı hökumətinə 20 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirdi və bu vəsaitin Xilafətin xilasına böyük töhfə verəcəyini vurğuladı. Yəni 20 milyon funt sterlinqə hətta zəifləyin əldən düşmüş xilafəti belə xilas etmək mümkün idi...
Nyulinski sultanla danışıqlar apararkən, Herzl bu polyak zadəganının himayəsi ilə Osmanlının böyük vəziri Xəlil Rıfat paşa ilə görüşürdü və ona planını açıqladı. Lakin böyük vəzir bu təklifi qəbul etmək istəmədi. Sultan isə Nyulinski vasitəsilə Herzlə belə bir ismarış göndərdi: "Cənab Herzl sənin dostundursa, sən də mənim dostumsan, ona de ki, bu məsələdə irəliyə doğru bir addım da atmasın. Mən torpağın cüzi bir hissəsini belə satmaq istəmirəm, çünki bu ölkə mənə aid deyil. O, mənim xalqımındır. Mənim xalqım bu vətəni qanı ilə sulayıb... Mənim Suriya və Fələstin kontingentimin adamları döyüş meydanında şəhid olub, hamısı Plevvada şəhid olub. Mən Osmanlı dövlətinin heç bir yerindən imtina etmək istəmirəm. Qoy yəhudilər milyonlarını özlərinə saxlasınlar... Mən canlı bədəndə cərrahiyyə əməliyyatına icazə verə bilmərəm".
Sultan yəhudilərin Osmanlı ərazilərinə köçməsinə və məskunlaşmasına qarşı deyildi, lakin yəhudilərin Fələstində cəmləşməsinə qarşı çıxırdı.
Osmanlının bu mövqeyini ölkənin Vaşinqtondakı səfiri Əli Ferruh bəy 24 aprel 1899-cu il tarixdə Amerika qəzetində belə dilə gətirmişdi: "Hökumətimizin ərəb ərazilərimizdən heç birini satmaq fikri yoxdur. Ciblərimizi milyonlarla qızılla doldursalar belə, qətiyyətimizdən heç vaxt geri dönə bilmərik".
Osmanlı dövlət xadimlərindən bəziləri yəhudilərin Fələstini ələ keçirməsini bu ərazidə yəhudi dövlətinin qurulması yolunda ilk addım olacağını bilirdilər. Məsələn, Herzllə görüşən və bütün sionist konqresləri izləyən Berlindəki Osmanlı səfiri Tevfik Paşa İstanbula bildirdi ki, Herzlin əsas məqsədi müstəqil bir yəhudi dövləti qurmaqdır. Yəhudilər təkcə Fələstinlə kifayətlənməyəcək, qonşu ölkələrə yayılacaqlar (Tevfikin 17.8.1900-cü il göndərdiyi məktub). Osmanlılar hesab edirdilər ki, Fələstin 8 milyona yaxın olan bütün dünya yəhudilərini daxil etmək üçün çox kiçikdir və onlar Fələstindən sığınacaq kimi istifadə edəcəklər. Herzlin onlarla Fələstin, eyni zamanda Kipr adası və Sinay üzərində ingilislərlə danışıqlar aparması yəhudilərin son nəticədə Yəhudi imperiyası qurmaq niyyətində olduqlarını göstərirdi. Bu, sultan Əbdülhəmidin belə deməsinə səbəb oldu: "Sionistlərin lideri Herzl məni öz fikirləri ilə inandıra bilməz. Sionistlər Fələstində hökumət qurmaq və öz siyasi nümayəndələrini seçmək istəyirlər, onlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Mən onların tamahkar ambisiyalarından xəbərdaram və mənim onları qəbul edəcəyimi düşünməkdə sadəlövhlük edirlər. Onların (yəni yəhudilərin) Fələstindəki planlarına tamamilə qarşıyam".
Buna görə də sultan sionistlərin Fələstinə immiqrasiyasının qadağan edilməsini əmr etdi. "Bundan başqa, o, "biz yəhudilərin Fələstində məskunlaşmasına icazə verməklə dindaşlarımızın ölüm hökmünü imzalamaq istəmirik", dedi.
Tarixə o da məlumdur ki, 113-cü İslam xəlifəsi II Əbdülhəmid yəhudilərə və onların havadarlarına belə deyib: "Mən sağ ikən Fələstin torpağının İslam Xilafətindən kəsilərək ayrıldığını görməkdənsə, ürəyimə qılınc sancmağı üstün tuturam".
Yəni bəlli dairələr 1896-cı ildən Fələstin torpaqlarını ələ keçirmək uğrunda fəaliyyət göstərirlər. O vaxtdan başlayan Fələstin davası indi də davam edir.
Elbəyi Həsənli. Sürix
Musavat.com
DİGƏR XƏBƏRLƏR
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
İsmail Kartal yoxa çıxdı
XƏBƏR LENTİ
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian





