Kredit tarixçəsi pis olanların NƏZƏRİNƏ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2016-cı ildəki devalvasiyadan sonra bankların bir çox müştərilərinə etibarı sarsıldı. Xüsusən də dollarla kredit götürən şəxslər öhdəliklərini yerinə yetirə bilmədilər. Nəticədə növbəti illərdə banklar həmin şəxslərə kredit verməkdən imtina etdi. Yəni, həmin şəxslər banklar üçün "pis kredit tarixçəsi"nə sahib olan müştərilərə çevrildilər.
Bəs "pis kredit tarixçəsi"ndən vətəndaş necə qurtula bilər?
Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, A.Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, "pis kredit tarixçəsi" bank və kredit təşkilatlarında vətəndaşın vaxtında ödənilməmiş borcları, gecikmələri və digər maliyyə öhdəliklərini əks etdirən göstəricidir:
"Bu tarixçə "Mərkəzləşdirilmiş Kredit Reyestri"ndə və "Kredit Bürosu"nda toplanır və gələcəkdə kredit almaq imkanlarına birbaşa təsir edir. Vətəndaş ondan xilas olmaq və ya yaxşılaşdırmaq üçün bir neçə addım ata bilər.
Əgər aktiv borc və ya gecikmə varsa, ilk növbədə onu ödəmək lazımdır. Banklar yalnız ödənişlər bağlandıqdan sonra müsbət rəy verməyə başlayırlar.
Amma bəzən kredit restrukturizasiya olunur (müddət uzadılır, faizlər azaldılır, hissəli ödəmə planı qurulur). Bu, gecikmələrin artmasının qarşısını alır. Borcunu vaxtında və tam ödəyən müştəri gələcəkdə müsbət "kredit davranışı" formalaşdırır. Bu, mənfi tarixçəni balanslaşdırır".
Akif Nəsirli onu da qeyd edib ki, bəzi banklar və kredit büroları rabitə, mobil operator və kommunal ödənişlər barədə məlumatları da nəzərə alır:
"Onları vaxtında ödəmək imicə müsbət təsir edir. "Pis kredit tarixçəsi" birdən-birə silinmir. Kredit Bürosunda məlumat adətən 5-7 il saxlanılır. Bu müddət ərzində müştəri intizamlı maliyyə davranışı göstərsə, mənfi təsir zəifləyir.
Vətəndaş öz kredit tarixçəsini ödənişsiz əldə edə bilər. Əgər orada yanlış və ya artıq qüvvədə olmayan məlumat varsa, kredit bürosuna və ya banka müraciət edərək düzəliş etdirə bilər. Yəni, vətəndaş "pis kredit tarixçəsini" birdən tam silə bilməz, amma öhdəlikləri vaxtında yerinə yetirməklə, yeni düzgün maliyyə davranışları ilə onu yaxşılaşdırmaq və gələcəkdə bankların etibarını qazanmaq mümkündür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)





