Gürcüstan

Saakaşvilinin partiyasının sabiq sədri həbs edildi

13 Sentyabr 2025 23:18
Baxış: 269
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalif Vahid Milli Hərəkat Partiyasının sabiq sədri Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçib.

Milli.Az xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Xabeişvili təhlükəsizlik qüvvələrinə rüşvət təklif etməkdə və hökuməti devirməyə çağırışda ittiham olunur.

Xabeişvilinin vəkilləri məhkəməyə müxtəlif tədbirlər, o cümlədən zaminə buraxılma, elektron qolbaq taxmaq və ev dustaqlığı təklif ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.