Mədəniyyət

Xalq artisti vəfat etdi - FOTO

13 Sentyabr 2025 12:45
Baxış: 646
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı Natiq Rəsulzadə məlumat verib.

O bu gün uzun sürən xəstəlikdən sonra Almaniyada dünyasını dəyişib.

Qeyd edək ki, Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. Onlarla Azərbaycan filmində müxtəlif baş və ikinci dərəcəli obrazları canlandırıb. "Azərbaycan SSR əməkdar artisti", "Azərbaycan SSR xalq artisti", Azərbaycan SSR Dövlət mükafatı, "Qızıl Dərviş" mükafatlarına layiq görülüb.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.