Hadisə

Ağdamda minik avtomobili traktora çırpılıb, yaralılar var​​​​​​ - YENİLƏNİB

13 Sentyabr 2025 22:13
Baxış: 273
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

22:13

Ağdamda baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, onlar Əliyev Nəbi (sürücü), Əliyev Pərviz və Əmirov Mübarizdir.

Qeyd edək ki, xəsarət alanlar minik maşınının sürücüsü və onun sərnişinləridir.

-----------
21:23

Ağdamda "Hyundai" markalı minik avtomobili traktora çırpılıb.

Milli.Az  bildirir ki, hadisə Bərdə-Ağdam magistral yolunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərdən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində üç nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.09.2025-ci il tarixində saat 18:30 radələrində 3 nəfər (kişi cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Müvafiq şöbələrdə müalicələri davam etdirilən pasiyentlərdən 1-nin vəziyyəti ağır, 2-nin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.